Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq Gündəm

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.

News24.az xəbər verir ki, bununla bağlı elan olunan tenderin qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.(report)