Bakıda Mərakeş Günləri adlı tədbir keçirildi
Gündəm
Bakıda Mərakeş Günləri adlı tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Azərbaycan milli irsini müasir dəblə birləşdirən “ARIFA ETHNO” brendi də öz kolleksiyaları ilə iştirak edib.
Brendin kolleksiyalarında Azərbaycan xalça ornamentlərindən ilhamlanaraq hazırlanmış yaylıqlar və müxtəlif geyim modelləri təqdim olunub.
“ARIFA ETHNO” qədim Azərbaycan ornamentlərini müasir üslubda yaşatmağı və milli irsi beynəlxalq auditoriyaya tanıtmağı əsas məqsədlərindən biri hesab edir.
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılara Mərakeş mədəniyyəti ilə yanaşı, Azərbaycan milli irsinin müasir təqdimat nümunələri də nümayiş etdirilib.