Bakıda taksi qiymətləri dəyişdi - Məbləğ

Bakıda taksi qiymətləri dəyişdi - Məbləğ Gündəm

Bakıda aprelin 4-dən etibarən müşahidə olunan intensiv yağışlar nəqliyyat sektoruna da təsirsiz ötüşməyib.

News24.az xəbər verir ki, xüsusilə taksi xidmətlərində qiymət artımı qeydə alınıb.

Belə ki, adi günlərdə 3–4 manata başa gələn qısa məsafəli səfərlər hazırda, təxminən, 12–15 manata təklif olunur.

Sərnişinlərin sözlərinə görə, eyni marşrut üzrə qiymətlər bir neçə dəfə yüksəlib və bu tendensiya gün ərzində davam edir.

Məlumata əsasən, yolların yüklənməsi, tıxacların artması və sifariş sayının çoxalması fonunda taksi xidmətlərində dinamik qiymət mexanizmi aktivləşir. Bu isə tariflərin avtomatik şəkildə artmasına səbəb olur.

Bakıda taksi qiymətləri dəyişdi - Məbləğ Bakıda taksi qiymətləri dəyişdi - Məbləğ