Bakıda uşaq xəstəxanasının sanitar qovşağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda uşaq xəstəxanasının sanitar qovşağı ilə bağlı RƏSMİ AÇIQLAMA Gündəm

Xəbər verdiyimiz kimi Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında anti-sanitar vəziyyət yaranıb.

TƏBİB-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir:

"Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir".