Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olundu - Fotolar
Gündəm
Bakının Fəvvarələr meydanında 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrin nümunəvi çıxışı təşkil olunub.
News24.az xəbər verir ki hava şəraitinin yağıntılı olmasına baxmayaraq, insanlar Zəfər Günü münasibətilə küçələrə axışaraq, hərbi orkestrin yürüşünü izləyiblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 18:00-dək Bakının digər məkanlarında – Heydər Əliyev parkı, Filarmoniya parkı, Koroğlu parkı, Sahil parkı və Zabitlər parkında da keçiriləcək.