Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - Foto-Video - YENİLƏNDİ

Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - Foto-Video - YENİLƏNDİ Gündəm

Bakıda keçirilən təmtəraqlı toy mərasimi ilə bağlı yayılan xəbərlərdə adı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələndirilən şəxs Xidmətdə çalışmır.

News24.az xəbər verir ki, həmin şəxsin toy mərasimi ilə bağlı yayılan görüntülərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı kimi təqdim olunması həqiqətə uyğun deyil.

16:12

***

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir./Unikal