Naxçıvan - Bakı istiqamətli uçuşlar təxirə salındı - YENİLƏNDİ

Naxçıvan - Bakı istiqamətli uçuşlar təxirə salındı - YENİLƏNDİ Gündəm

Bakıdan Naxçıvana və əks istiqamətdə uçuşlarla bağlı problem yaranıb.

News24.az xəbər verir ki,bu barədə Naxçıvana uçmaq istəyən sərnişinlərdən biri məlumat verib.

"Səhər saat 9-dan Bakıda hava limanında qalmışıq. Naxçıvana uçuş saat 11-də olmalı idi. Təxirə salındı. Dedilər ki, saat 16.00-da olacaq. Sonra yenidən təxirə saldılar. İndi deyirlər, satt 19.00-da olacaq. Hələ o da dəqiq deyil. Ümumiyyətlə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi ilə bütün üçüşlar təxitrə düşüb. Səhər 10.30, 11.00 və ondan sonrakı reylərin heç biri gəlib-getməyib. Biabırçı vəziyyətdir. Qalmışıq başlı-başına", - deyə həmsöhbətimiz bildirib.

Məsələ ilə bağlı AZAL-a sorğu ünvanlamışıq.(kontekstaz)


Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib:

"AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir. Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək".