"Azərikard"dakı problemlə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.
Bu barədə News24.az–ın sorğusuna cavab olaraq “Azericard" MMC-dən məlumat verib.
Bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb:
"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, “AccessBank” və “ExpressBank”da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaşanır. Bundan əlavə, “Yelo Bank”ın mobil tətbiqində problem yaranıb.