Baş nazir müavinlərinin sayı 4-ə çatdı - ADLAR
Gündəm
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla səhiyyə naziri vəzifəsindən azad edilən Teymur Musayev Baş nazirinin müavini təyin olunub.
News24.az xəbər verir ki, bu sərəncamdan sonra Baş nazirin müavinlərinin sayı 4-ə çatıb.
Belə ki, indiyə kimi Baş nazir Əli Əsədovun 3 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Şahin Mustafayev və Samir Şərifov.
Baş nazirin birinci müavini Yaqub Eyyubov 13 fevral 2003-cü ildən hazırkı vəzifəsində çalışır. Daha əvvəl o, Baş nazirin müavini idi. Belə ki, 10.07.1999-13.02.2003-cü ilədək Baş nazirin müavini olub.
Baş nazirin müavini Şahin Mustafayev 22 oktyabr 2019-cu ildən indiki vəzifəsində işləyir. O, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək iqtisadiyyat naziri olub.
Baş nazirin digər müavini Samir Şərifov 10 yanvar 2025-ci ildə bu vəzifəyə gətirilib. O, 2006-cı ilin aprelin 18-dən 2025-ci ilin yanvarın 10-dək maliyyə naziri işləyib./Modern.az/