Baş redaktorun ölüm səbəbi bəlli oldu: Xəstəxananın həyətində keçinib

Baş redaktorun ölüm səbəbi bəlli oldu: Xəstəxananın həyətində keçinib Gündəm

"Technote"un baş redaktor vəzifəsini icra edən Emil Nəcəfovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu barədə bloqçu Fərid Pərədşünas News24.az-a məlumat verib. O bildirib ki, Emil Nəcəfov son vaxtlar diş ağrısından əziyyət çəkirmiş:

“Bir müddətdir, diş əti iltihablamışdı. Şişkinlik üzünə də keçmişdi, bu səbəbdən də üzündə ciddi dəyişikliklər vardı. Diaqnozlardan belə məlum olur ki, infeksiya bədənə yayılıbmış. Buna görə xəstəxanaya müraciət etmişdi, lakin təəssüf ki, elə xəstəxananın həyətində dünyasını dəyişib”.