Baş prokuror "Ana harayı" abidəsini ziyarət ETDİ - VİDEO
Gündəm
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq, fevralın 26-da Baş prokuror Kamran Əliyev və hərbi prokurorluğun əməkdaşları Bakının Xətai rayonunda yerləşən "Ana harayı" abidəsini ziyarət ediblər.
News24.az xəbər verir ki, onlar abidənin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.