“Bayern” – PSJ matçı niyə yayımlanmadı? – CBC Sport-dan AÇIQLAMA

“Bayern” – PSJ matçı niyə yayımlanmadı? – CBC Sport-dan AÇIQLAMA Gündəm

Ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub. Münhen “Bayern”i Almaniyada Parisin PSJ klubunu qəbul edib.

Azərbaycanda da maraqla gözlənilən oyunun ölkəmizdəki yayımı baş tutmayıb.

News24.az xəbər verir ki, məsələ ilə bağlı matçın ölkəmizdəki yayım hüququna sahib olan “CBC Sport” telekanalının Xəbərlər və sosial media xidmətinin direktoru Şəmsəddin Abbasov bildirib ki, problem texniki nasazlıqdan qaynaqlanıb.

“Avadanlıqdır, yandı, bizim əməkdaşlar sonadək düzəltməyə çalışdılar, lap yarımçıq da olsa, yayıma girmək istəyirdik, lakin heç nəyi düzəldə bilmədik, məsələ belə qaldı. Tamaşaçılarımızdan üzr istəyirik. İnanırıq ki, bundan sonra bir daha belə hadisə təkrarlanmaz”, - deyə o bildirib.

Məlumat üçün bildirək ki, UEFA Çempionlar Liqasının bir sıra oyunları İctimai Televiziyada da yayımlanır. İTV-dən sözügedən oyunun ölkəmizdə yayımlanmaması məsələsinin kanalla heç bir əlaqəsinin olmadığını bildirilib.

“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bayern” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranan problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - deyə açıqlamada qeyd edilib. (trend.az)