Bayramov Tanya Fayonu qarşıladı
Gündəm
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayonu qarşılayıb.
Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında məlumat yayılıb.
Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.