Bazarda qurbanlıq heyvanlar neçəyədir? - RTV
Gündəm
Qurban Bayramının yaxınlaşması ilə Azərbaycanda qurbanlıq heyvanlara, xüsusilə də qoyunlara olan tələbat hissolunan dərəcədə artıb.
News24.az-ın RTV-yə istinadən yaydığı məlumata görə, vətəndaşlar həm dini borcunu yerinə yetirmək, həm də ehtiyac sahibləri ilə ət paylaşmaq üçün bazarlara üz tuturlar.
Hazırda ölkənin müxtəlif bölgələrində qurbanlıq heyvan bazarlarında canlanma müşahidə olunur. Qoyunların qiyməti onların çəkisi, cinsi və saxlanma şəraitinə görə fərqlənir.