“Bazardakı şaftalılar Ermənistandan gəlir”
Gündəm
“Bazarlarımız şaftalı ilə doludur. Siz bilirsiniz o şaftalılar haradan gəlir? Ermənistandan...”
News24.az xəbər verir ki, bu barədə tanınmış politoloq Qabil Hüseynli “Müsavat” TV-nin qonağı olarkən danışıb. O bildirib ki, burada təəccüblənəcək heç nə yoxdur:
“Bu normaldır. Gələcəkdə bazarlarda, marketlərdə erməni məhsulları ilə qarşılaşa, ala bilərik. Ərik, tərəvəz məhsulları və s. məhsullar. Rusiya özünü naza çəkirdi, indi isə acından ölür. Artıq Azərbaycan Ermənistana həftədə 1 dəfə ən az 60 ton benzin və dizel yanacağı göndərir. Rusiya Ermənistana göndərilən elektrik enerjisini xaincəsinə kəsib. Bunun əvəzində Türkiyə yaxın sərhəd ərazilərindən Ermənistana elektrik tədarükünə başlayıb”.