BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı Gündəm

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.

News24.az xəbər verir ki, o, hadisəni təsdiqləyərək bu sözləri deyib: “İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib: “Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.

Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı./Lent.az/