"Betmobil" inanılmaz qiymətə satışa çıxarıldı
Gündəm
Tim Börtonun 1992-ci ildə çəkdiyi “Betmen qayıdır” filmində istifadə olunan orijinal Betmobil hərraca çıxarılacaq.
News24.az-ın məlumatına görə, iki “Chevrolet Impala” kuzovundan hazırlanmış avtomobil "Julien’s Auctions" tərəfindən satışa təqdim ediləcək.
"Betmobil"in ən azı 7 milyon dollara satılacağı gözlənilir.
Hərrac evinin nümayəndələri bildiriblər ki, avtomobil satıldığı halda tarixdə ən bahalı Betmobil ola bilər. Hazırkı rekord 2013-cü ildə Corc Barrisin hazırladığı 1966-cı il istehsalı Betmobilin 4,6 milyon dollara satılması ilə qeydə alınıb.