Beyin ölümü baş verdikdən sonra donor qərarından imtina etmək mümkün deyil
Gündəm
"Yalnız 18 yaşı tamam olmuş şəxslər donor ola bilərlər. Bu yaşa çatmış şəxslər donor olmaq barədə qərarı müstəqil şəkildə vermək hüququna malikdirlər".
News24.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil olunan maarifləndirici seminar çərçivəsində qeyd edib.
Onun sözlərinə görə, şəxs donor olmağa razılıq verdikdən sonra fikrini dəyişərsə, bu qərarından imtina edə də bilər: "Lakin şəxsdə beyin ölümü baş verdikdən sonra artıq onun sağlığında verdiyi donor olmaq qərarının icrasına heç kim mane ola bilməz".