Biləsuvardakı qəzada xəsarət alanların vəziyyəti ağırdır

Biləsuvardakı qəzada xəsarət alanların vəziyyəti ağırdır Gündəm

Sentyabrın 3-də saat 21:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. 

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

Xəsarət alanların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Aqil Qarayev