Bəzi rayonlara dolu düşdü - VİDEO

Bəzi rayonlara dolu düşdü - VİDEO Gündəm

Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqıanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az -a verilən xəbərə görə, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

Bundan başqa, mayın 13-ü saat 18:40-18:53 radələrində Şuşa şəhərinə diametri 12-16 mm, Gədəbəy rayonunda isə saat 19:01-19:10 radələrində diametri 11 mm olan dolu düşüb.