Bilik Günü ilə bağlı tədbir keçirildi - "Əyləncəli geologiya" kitabı təqdim olundu
Gündəm
Sentyabrın 11-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun təşkilatçılığı ilə “Crescent Mall”da 15 Sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbir zamanı uşaqlar təbrik olunub və onlara müxtəlif hədiyyələr təqdim edilib.
Həmçinin Geologiya İnstitutunun əməkdaşı, geoloq Şahvələd Köçərlinin “Əyləncəli geologiya. 100 sual – 99 cavab” kitabının təqdimatı və imza günü təşkil olunub.
Tədbirin əsas məqsədi uşaqlarda elm və təhsilə marağın artırılması, onların geologiya və təbiət elmləri haqqında biliklərinin genişləndirilməsidir.