İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - VİDEO - FOTOLAR
Gündəm
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
***
Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.
Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gəliblər.