Böyük Britaniyanın yeni səfiri Azərbaycanda bu sözləri dedi
Gündəm
Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman ölkəyə gəlib.
News24.az xəbər verir ki, o, bu barədə paylaşım edib.
"Bundan əvvəl Azərbaycanda olmağıma baxmayaraq Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi buraya gəlmək fərqli hissdir. Bu ölkənin mədəniyyətini və qonaqpərvərliyini hiss etmişəm. Ölkələrimizi artıq 30 ildən çoxdur ki, möhkəm dostluq və qarşlıqlı etimad bağları birləşdirir. İkitərəfli münasitəblərimizi strateji tərəfdaşlıq səvyiyyəsinə yüksəltdiyimiz dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram", - deyə səfir bildirib.