Bu avtobus dayanacaqları söküləcək
Gündəm
Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası işləri həyata keçiriləcək.
News24.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Eyni zamanda, yararsız vəziyyətə düşən dayanacaqların sökülməsi işləri də nəzərdə tutulub.
Belə ki, qurum təmir və bərpa işlərini həyata keçirəcək şirkət axtarışına çıxıb.
Bu işlərə sərf ediləcək vəsaitin 682 min 754 manat olacağı proqnozlaşdırılıb.(konkret)