"Bu, cəsarətli addımdır" - Saakaşvili Azərbaycandakı hadisələrdən danışdı

"Bu, cəsarətli addımdır" - Saakaşvili Azərbaycandakı hadisələrdən danışdı Gündəm

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili son günlər Azərbaycanda baş verən hadisələrə münasibət bildirib.

News24.az xəbər verir ki, o, baş verənləri Azərbaycanın dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmək və islamçıların təsirinin qarşısını almaq istiqamətində atdığı çox mühüm və cəsarətli addım adlandırıb.

"Azərbaycanda artıq təsir imkanlarını reallaşdıra bilməyən İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər", - deyə Şaakaşvili bildirib.