Bu ərazidə işıq kəsiləcək

Bu ərazidə işıq kəsiləcək Gündəm

Sabah Cəlilabad rayonunun 30 yaşayış məntəqəsində işıq olmayacaq.

News24.az xəbər verir ki, buna səbəb yararsız naqillərin yenilənməsi işləridir.

Nəticədə 24 avqust saat 10:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 2 280 abonentin (Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri) və 15:00-dan 17:00-dək 9755 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.