Bu ərazilərdə leysan var
Gündəm
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir
Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli və intensivdir. Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 mm-dək qeydə alınır.
Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.