"Bu forum Bakı üçün çox uğurlu olacaq" - Abdiməcid Abdilahi Osman

"Bu forum Bakı üçün çox uğurlu  olacaq" - Abdiməcid Abdilahi Osman Gündəm

"Bakı təmiz və çox gözəl şəhərdir. Forum isə olduqca genişmiqyaslı təşkil olunub. Müxtəlif ölkələrdən çox sayda insan buraya gəlir, yeni təcrübələr qazanır və geri qayıtdıqdan sonra burda öyrəndiklərini öz ölkələrində tətbiq edəcəklər. Forumun əsas məqsədi də budur".

Bu sözləri News24.az-a açıqlamasında WUF13- ə Somalidən gələn iştirakçı Abdiməcid Abdilahi Osman deyib.

O bildirib ki, bu forum onun üçün yaddaqalan olacaq: "Daha əvvəl dünyanın müxtəlif yerlərində keçirilən bir neçə forumda olmuşam. Düşünürəm ki, WUF13 daha maraqlıdır. Bakı üçün də bu forum çox uğurlu olacaq.

Somalili iştirakçı Azərbaycanla bağlı təəssüratlarını da bölüşüb: "Azərbaycanlılar çox qonaqpərvər və mehriban insanlardır. Dünyanın müxtəlif ölkələrindən olan insanlara Bakıya gəlməyi və bu şəhəri kəşf etməyi tövsiyə edərdim.”

Xanım Cavanşirqızı