Bu gün Azərbaycanda qısa iş günüdür ? - Rəsmi açıqlama

Bu gün Azərbaycanda qısa iş günüdür ? - Rəsmi açıqlama Gündəm

“Bu gün Azərbaycanda qısa iş günü deyil”.

News24.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.

“Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb.