Bu klinikanın fəaliyyəti dayandırıldı

Bu klinikanın fəaliyyəti dayandırıldı Gündəm

Azərbaycanda “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıla bilər.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) yaydığı məlumatda bildirilib.

Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində AEM tərəfindən 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib.

Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Qeyd edilib ki, əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə təqdimat təqdim edilib.

Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədi ilə AEM-dən Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb.