Bu modemlər Azərbaycana buraxılmayacaq
Gündəm
Azərbaycana gətirilən internet modemlərlə bağlı dövlət standartı yoxdur.
News24.az Cebheinfo.az-a istinadən xəbər verir ki, bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agenrliyinin əməkdaşı Rəşad Həsənov deyib.
“Biz 5 Ghz modemlərin gətirilməsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 Ghz modemlər ölkəyə buraxılmasın”, - deyə o əlavə edib.