"Bu, müəllimin şəxsi seçimidir" - Nazirdən tənqidə cavab

"Bu, müəllimin şəxsi seçimidir" - Nazirdən tənqidə cavab Gündəm

Elm və Təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara verdiyi rəy diqqət çəkib.

News24.az-ın məlumatına görə, nazir “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə iki dəfə Xankəndiyə gedib dərs keçməsi və həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma şərh yazıb.

E. Əmrullayev bildirib:

“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec-tez verəcək!”

Sosial şəbəkə istifadəçilərindən biri isə buna cavab olaraq nazirin adını şərhdə işarələyərək belə şərh yazıb:

“İnsan ömrü yollarda itir, qaranlıqda yola çıxır və gec qayıdır. Bu, gənc müəllim üçün təhlükəli ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi əlavə əziyyətə təşəkkür edirsiniz.”

Nazir isə cavabında qeyd edib:

“Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Maraqlıdır, siz necə, haradan və hansı əsasla nəticəyə gəldiniz ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmamışıq?”

Emin Əmrullayevin bu mövqeyi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

Sözügedən şərhləri təqdim edirik:

"Bu, müəllimin şəxsi seçimidir" - Nazirdən tənqidə cavab "Bu, müəllimin şəxsi seçimidir" - Nazirdən tənqidə cavab