"Bu vəziyyətə düşməyim öz günahımdır"
Gündəm
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan ciddi problemlərlə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, o, hazırda müalicə aldığını bildirib. Xalq artistinin sözlərinə görə, xəstəxanaya yerləşdirilərkən vəziyyəti ağır olub:
“Hazırda müalicəm davam edir. Xəstəxanaya çox ağır vəziyyətdə gətirildim. Bu, əslində öz günahımdır. Çünki ev şəraitində müalicə almağa çalışdım və nəticədə vəziyyət daha da ağırlaşdı. Aparılan analizlər göstərdi ki, mədə-bağırsaq, prostat, öd kisəsi problemləri, həmçinin bel sürüşməsi məni ciddi şəkildə çətin vəziyyətə salıb. Hazırda köməklə durub-otura bilirəm. Həkimlər bildirirlər ki, müalicənin 70–80 faizi müsbət nəticə verəcək”.
Daha ətraflı RTV-nin videomaterialında:
Aqil Qarayev
Xanım Cavanşirqızı