"Bu yaşda qapı-qapı düşüm ki, ay cənab nazir, ay nazir müavini..." - Tanınmış yazıçıdan sərt fikirlər

 "Bu yaşda qapı-qapı düşüm ki, ay cənab nazir, ay nazir müavini..." - Tanınmış yazıçıdan sərt fikirlər Gündəm

2002-2007-ci illərdə ssenariləri əsasında çəkilən “Ovsunçu”, “Biz qayıdacağıq” kimi filmlərlə yadda qalan yazıçı Natiq Rəsulzadə uzun illərdir yeni layihələrinin ekranlaşdırılmamasının səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb:

“Orada Azərbaycanın ən məşhur rejissorları, ssenaristləri, operatorları, rəssamları iştirak edirdi. Mən ssenarini təqdim edirdim, onlar evdə oxuyub qeydlər aparırdılar. Dəfələrlə mənə deyiblər ki, əsər yaxşıdır, amma müəyyən yerlər üzərində işləmək lazımdır. O qeydlərin əksəriyyəti əsərin xeyrinə olurdu. Əgər şəffaflıq olsaydı, mənim dörd layihəm illərlə nazirlikdə qalmazdı. İndi nazirlik məşğul olur, kinostudiya isə kənarda qalıb”, – yazıçı qeyd edib.

Daha ətraflı videoda: