Bugünkü zəlzələ nəticəsində dağıntı olub? - AÇIQLAMA

Bugünkü zəlzələ nəticəsində dağıntı olub? - AÇIQLAMA Gündəm

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.