Bulvarda gülləri əzənlər polisə çağırıldı
Gündəm
Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri tapdalayaraq yararsız hala salan şəxslər polis bölməsinə çağırılıb.
News24.az xəbər verir ki, ziyan vuran şəxslərin kimliyi müəyyənləşdirilir.
Artıq bu əməlləri törədən 10-a yaxın şəxs müəyyən edilərək polisə çağırılıb.
Həmin şəxslər barəsində müvafiq tədbirlər görülür.