“By Ella” ləqəbli bloger azadlığa çıxdı
Gündəm
Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloger Lalə Məmmədova azadlığa buraxılıb.
News24.az xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işi qapadılıb.
Bununla da xanım bloqer azadlığa buraxılıb. pizza sifarişi
Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.
Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. /Unikal