Cavid Kəngərli vəzifəsindən - AZAD EDİLDİ

Cavid Kəngərli vəzifəsindən - AZAD EDİLDİ Gündəm

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Onun digər sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi vəzifənin icrası müvəqqəti olaraq C.Kəngərlinin müavini Tural Abdulzadəyə həvalə edilib.