Ceyhun Bayramov İordaniya XİN rəhbəri ilə görüşdü

Ceyhun Bayramov İordaniya XİN rəhbəri ilə görüşdü Gündəm

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlar üzrə naziri Ayman Al-Safadi ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Ayman Al-Safadinin “X” hesabında bildirilib.

“Ayman Al-Safadi və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırda Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçirirlər”, - paylaşımda qeyd olunub.