Ceyhun Bayramovdan “Qarabağ”a dəstək - Fotolar
Gündəm
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli” - "Qarabağ" matçını stadiondan izləyib.
News24.az xəbər verir ki, bu barədə XİN rəhbəri “X”də paylaşım edib.
“İtaliyaya rəsmi səfərim çərçivəsində “Qarabağ” və “Napoli” arasında keçirilən UEFA Çempionlar Liqası matçını izləməkdən məmnunam”, - nazir bildirib.
O əlavə edib ki, bu, “Qarabağ”ı dəstəkləmək üçün mənalı bir fürsət idi, çünki onlar Azərbaycanı Avropa səhnəsində qürurla təmsil edirlər:
“Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəllə birlikdə oyunçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı əzmkar oyunlarına görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda uğurlar arzuladım”.