Çingiz Mustafayevə yüksək vəzifə verildi
Gündəm
“DJ Çina” kimi tanınan məşhur radio aparıcısı Çingiz Mustafayev yeni vəzifəyə təyinat alıb.
News24.az xəbər verir ki, o, “Space FM” radiosunun direktoru vəzifəsinə gətirilib.
Bu barədə Çingiz Mustafayev özü sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Space FM”in əvvəlki direktoru Sərxan Qədimov vəzifəsindən ayrılmışdı.