Dankan Norman Azərbaycanda fəaliyyətə başladı

Dankan Norman Azərbaycanda fəaliyyətə başladı Gündəm

“Bu gün etimadnaməmi Prezident İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu”.

News24.az xəbər verir ki, bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman “X” hesabında yazıb.

“Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm”, – deyə səfir vurğulayıb.