DÇ-2026: yarımfinalda nəhənglər meydana çıxır

DÇ-2026: yarımfinalda nəhənglər meydana çıxır Gündəm

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu bu gün keçiriləcək.

News24.az xəbər verir ki, raundun ilk matçında Fransa və İspaniya milliləri münasibətlərə aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək.

14 iyul

23:00. Fransa - İspaniya

Baş hakim: İvan Barton (Salvador).

Dallas stadionu

Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.