"Dedilər ki, məktəbdə qırğın düşüb gəlin" - Yeniyetmə qızın ölümü ilə bağlı TƏFƏRRÜAT
Gündəm
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.
Hadisə nəticəsində şagird həyatını itirib.
Hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.
Ətraflı RTV-nin sujetində: