Dəhşətli qətldən 1 il ötür - Əhmədovlar ailəsinin FACİƏSİ

Dəhşətli qətldən 1 il ötür - Əhmədovlar ailəsinin FACİƏSİ Gündəm

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 26 yaşlı Əhməd Əhmədovun törətdiyi faciənin üzərindən tam 1 il ötür.

News24.az xəbər verir ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını b*çaqla k*sərək ö*dürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu b*lta ilə, başlarını ə*ərək qətlə yetirib.

Hadisədən sonra o şübhəli şəxs qismində saxlanılıb və keçən ilin fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla q*sdən adam ö*dürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi ö*dürmə) maddələri ittiham irəli sürülüb.

Onu da xatırladaq ki, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq edilir.

Günel Məlikzadə