Dənizdə batan Elgünün axtarışları davam etdirilir - VİDEO

Dənizdə batan Elgünün axtarışları davam etdirilir - VİDEO Gündəm

İyulun 15 -də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.

News24.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.