Deputatdan jurnalistə səmimi təbrik - FOTO

Deputatdan jurnalistə səmimi təbrik - FOTO Gündəm

Bu gün “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədri Xanoğlan Əhmədovun 65 yaşı tamam olur.

News24.az xəbər verir ki, bu münasibətlə, Millli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Xanoğlan Əhmədovu təbrik edib:

"Hörmətli Xanoğlan müəllim,

Sizi 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, ictimai fəaliy­yə­tinizdə yeni uğurlar diləyirəm!

Ömrünüzün böyük hissəsini ictimai fəaliyyətə həsr etmisiniz. Müxtəlif məsul və­zifələrdə qazandığınız idarəçilik təcrübəsi, uzun illər mətbuat sahəsində göstər­diyiniz fəaliyyət Sizi media ictimaiyyətinin tanınan nümayəndələrindən birinə çevirmişdir. Üç ildir Mədə­niy­yət Nazirliyi yanında İctimai Şuranın üzvüsünüz.

Özəlliklə “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin qurucusu kimi çalış­ma­la­rınız ictimai faydalı təşəbbüslərin dəstəklənməsinə, dövlət-vətəndaş cəmiyyəti əmək­daşlığının möhkəmləndirilməsinə töhfə vermişdir. İctimai birliyiniz uğurlu layihələr, ma­arifləndirici tədbirlər və ictimai müzakirələr vasitəsilə cəmiyyətimizin ak­tual məsə­lə­lə­rinin öyrənilməsi və həllinə yönəlmiş dəyərli təşəbbüslərlə seçilmişdir.

İlkxeber.org” informasiya portalının qurucu-baş redaktoru, müxtəlif mətbuat or­qanlarında rəhbər vəzifələrdə çalışan peşəkar jurnalist kimi fəaliyyətiniz diqqə­tə­la­yiq­dir. Obyektiv mövqeyinizi, gənc jurnalistlərin yetiş­məsinə göstərdiyiniz qayğıkeşliyi də burada vurğulamalıyıq.

Güclü media ilə güclü vətəndaş cəmiyyəti bir-birini tamamlayan önəmli ictimai institutlardır. Milli maraqların müdafiəsi, ictimai mə­su­liyyət və sağlam vətəndaş möv­qeyi fəaliyyətinizin əsas istiqamətlərini təşkil et­mişdir. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalı ilə təltif olun­mağınız da uzunillik səmərəli əmə­yinizə verilən qiymətin ifadəsidir.

Həyat və peşə təcrübənizin, təşkilatçılıq bacarığınızın və prinsipial möv­qe­yi­ni­zin bundan sonra da Azərbaycan mediasının inkişafına, vətəndaş cəmiyyətinin daha da güclənməsinə töhfələr verəcəyinə inanıram.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, iş avandlığı arzulayıram!"

Deputatdan jurnalistə səmimi təbrik - FOTO