Deputatdan sərt reaksiya: Senzuranı qaytarmaq nə deməkdir?!
Gündəm
“Senzuranı bərpa etmək olmaz. Sadəcə, Audiovizual Şura tədbir görməli, cəzalandırmalıdır".
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.
"Efiri 24 saat bağlamaq, reklam buraxmamaq və s. kimi tədbirlər görməlidir. Yoxsa siz, biz, tamaşaçı nə edə bilər ki?! Başqa cəza nə ola bilər?1 Döyəcəklər? Yenidən senzuranı qaytarmaq ayıbdır. Nə danışırsınız?! Senzuranın ləğvi barədə qərarı ulu öndər Heydər Əliyev qəbul edib. Qaytarmaq olmaz”, - deyə o qeyd edib. (Pravda.az)