Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - Video

Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - Video Gündəm

Bakının Xətai rayonunda restoranda baş verən qanlı cinayətdə öldürülən Ceyhun Mirağayevin ("Ceyhun Sabunçu") yeni fotoları yayılıb.

News24.az həmin fotoları təqdim edir:

Qeyd edək ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən "Ab Hava" restoranında baş verib. Kütləvi dava zamanı C.Mirağayev bıçaqlanaraq qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Xatırladaq ki, Əhməd Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur. Məlumata görə, qətlin baş verdiyi ərazidə tərəflər arasında görüşü məhz Ə.Əlizadə təşkil edibmiş.

Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun yeni fotoları - Video

Bundan başqa, qətli törətməkdə şübhəli bilinən şəxslərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov olduğu müəyyənləşib. Hadisə yerindən qaçaraq gizlənən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Onlar barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəxslərdən Kamran Səttar oğlu Əfəndiyev, Mikayıl Vəli oğlu İsmayılov, Ramil Zahir oğlu Dadaşov, Eldar Faiq oğlu Eldarov, Həsən Mehman oğlu Zülfiqarov və Əhməd Arzuxan oğlu Əlizadə barəsində Cinayət Məcəlləsinin 218.1-ci (Cinayətkar birlik yaratma), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1-ci (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3-ci (Külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi), 29, 234.4.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətə cəhd etmə, qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində və ya mütəşəkkil dəstə vasitəsilə törədildikdə) və 29, 234.4.3-cü (Narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı cinayətin külli miqdarda törədilməsinə cəhd) maddələri ilə ittiham elan olunub və onların barəsində də məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.