Deputatlar Polad Bülbüloğlunun toyuna dəvət alıb? - AÇIQLAMA
Gündəm
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlunun evlənməsi ilə bağlı xəbərlər gündəmdədir. 81 yaşlı sənətçinin toy mərasimi keçirəcəyi və komitə üzvlərinin də mərasimə dəvət olunacağı ilə bağlı məsələlər də maraq doğurur.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan parlamentin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Polad Bülbüloğlunun toy mərasimi ilə bağlı hər hansı məlumatının olmadığını bildirib.
Deputat qısa açıqlamasında bunları deyib:
“Salam. Xeyr. Bu barədə ümumiyyətlə, heç bir məlumatım yoxdur”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Əlibala Məhərrəmzadə də Polad Bülbüloğludan hələ hər hansı dəvət almadığını deyib:
“Məni heç kim toya dəvət etməyib. Kim hara məni dəvət edirsə, imkanım daxilində gedirəm. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, hər kəsin şəxsi həyatı var. Əlbəttə, bundan sonra toy olsa və bizi də dəvət etsələr, dostluğumuza və həmkarlığımıza görə toyda iştirak etmək mənəvi borcumuzdur. Böyük məmnuniyyətlə iştirak etmək istəyirik və iştirak edəcəyik. Digər suallara cavab verə bilmirəm. Çünki bu, onun şəxsi həyatıdır və heç birimizə nə mənəvi, nə də etik baxımdan aidiyyəti yoxdur”, - deyə deputat vurğulayıb.